Ölkə futbolu

Klublarımız 400-cü dəfə məyus oldular

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları Azərbaycan klubları üçün bır sıra yubileylərlə əlamətdar olub. 

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın evdə İsveç “Qöteborq”unu 3:0 hesabı ilə məğlub etməsi ikiqat yubileylə nəticələnib.

 

Bu, Azərbaycan klublarının Avropa Liqası (əvvəlki UEFA kuboku) turnirində 50-ci qələbəsi olub. Yubiley qələbəsi 184-cü matçda gerçəkləşib.

 

“Qarabağ” isə qitənin 2-ci dərəcəli klub turnirində 20-ci dəfə meydanı qalib tərk edib. Əyalət klubu buna 52-ci matçında çatıb.

 

Sloveniyada “Maribor”a vurduğu qol isə təmsilçilərimizin avrokuboklarda buraxdığı 400-cü top olub. 270 qarşılaşmada 236 top vuran futbolçularımız bunadək 399 qola üzülmüşdü.

 

Daha bir yubiley “Qarabağ”ın müdafiəçisi Maksim Medvedevin hesabına yazılıb. Avrokuboklarda 50-ci matçını keçirən futbolçu bu rəqəmi arxada qoyan 3-cü azərbaycanlı kimi tarixə düşüb.

 

O, avrokuboklardakı oyun sayında yalnız Rəşadlardan – Sadıqovla Sadiqovdan geri qalır. Azərbaycan klublarında 72 görüş keçirən Sadıqov ümumilikdə 77 belə matçda iştirak edib. Sadiqovun hesabında isə 63 qarşılaşma var.(Apasport)

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43