Kateqoriyasız

Klublarımızın Avroliqada rəqibləri bəlli oldu

Bu gün Avropa Liqasının I və II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

İdmanxeber.com-un  məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 96 komandanın rəqibləri müəyyənləşib.

Mübarizəyə I təsnifat mərhələsindən qoşulacaq hər üç təmsilçimiz – “Qəbələ”, “Neftçi”  və “Kəpəz”in də rəqibləri bəlli olub.
 
"Neftçi" Maltanın "Baltsan" klubu ilə qarşılaşacaq. İlk oyun Bakıda, cavab qarşılaşması ilə Maltada keçiriləcək.
 
"Qəbələ" Gürcüstanın "Samtrediya" klubuna, "Kəpəz" isə Moldovanın "Daçiya" klubuna rəqib olub. "Neftçi" kimi "Qəbələ" və "Kəpəz" də ilk görüşünü evdə keçirəcək. Lakin böyük ehtimalla UEFA klublarımızdan birinin və ya ikisinin oyunlarının yerini dəyişəcək.
 
 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43