Kateqoriyasız

Kolumbiyalı futbolçu “Qarabağ”da

“Qarabağ” heyətini kolumbiyalı futbolçu ilə gücləndirib.

İdmanxeber.az “Transfermarkt”a istinadən xəbər verir ki, Ağdam klubu Kevin Medianını sıralarına qatır. 27 yaşlı futbolçu növbəti mövsümdən Ağdam təmsilçisində çıxış edəcək.

Bu transferin detalları barədə başqa bir məlumat verilməyib.

Ötən mövsüm Portuqaliyanın “Çaves” klubunda forma geyinən mərkəz müdafiəçisinin transfer dəyəri 300 min avro göstərilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43