Müsahibə Ölkə futbolu

“Komandada təcrübəli futbolçu azdır” – Amil Yunanov

“Turan Tovuz”la çox çətin, gərgin oyun keçdi. Evdə oynayırdıq, qələbə qazanmalıydıq. Çox istəsək də, bacarmadıq. Qələbə ilə mövqeyimizi yaxşılaşdıra bilərdik. 3 xal ala bilsəydik, bir pillə də önə keçəcəkdik. Ancaq edəcək bir şey yoxdur. Qarşıdakı oyunlara baxmalıyıq”.

Bu sözləri idmanxeber.az saytına “Şamaxı”nın hücumçusu Amil Yunanov “Turan Tovuz” görüşü barədə danışarkən deyib. 30 yaşlı futbolçu daha sonra belə davam edib:

“Heyət gənclərdən ibarətdir. Elə oyunçular var ki, Premyer Liqada ilk ilidir. Yetərincə təcrübəyə malik deyillər. Bu səbədən də stabil çıxış edə bilmirik. Bəzən fərdi səhvlərdə adi epizodlardan qollar buraxırıq. Komandada təcrübəli futbolçu azdır. Yenə də çalışıb daha yaxşı mübarizə aparmalıyıq.

İstəyirik ki, yuxarı pillələrə oynayaq. Futbolçular maksimum gücünü ortaya qoymağa çalışırlar. Ancaq bəzən alınmır. Heyətdəki oyunçular hələ çox təcrübə yığmalıdırlar”.

Xəyal Hüseynov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43