Premyer Liqa

“Komandamızda lider futbolçu yoxdur”

Topaz Premyer Liqasının 16-cı turunda doğma meydanda “Rəvan”ı qəbul edən AZAL Şəhriyar Rəhimovun son dəqiqələrdə vurduğu iki qolla əzmkar qələbə qazandı və qələbəsizlik seriyasına son qoydu – 2:1.

Şahin Diniyev, “Rəvan” klubunun baş məşqçisi: “AZAL klubunu əzmkar qələbə ilə təbrik edirəm. Öz komandam haqqında heç nə demək istəmirəm. Qələbə istəyi AZAL-da daha çox idi. Qapımıza vurulan birinci qoldan sonra texniki zonanı tərk etmək istəyirdim. Komandanın heyətində oyunun gedişini dəyişəcək, lider futbolçu yoxdur”.

Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: “Bu cür oyunlar istənilən çempionatın bəzəyi ola bilər. “Rəvan” artıq başqa komandadır, oyunun əvvəlkilərdən daha çətin olacağını bilirdik. Komanda sona kimi oynadı, istədiyimiz qolları son dəqiqələrdə vurduq. Hər iki komandanın kifayət qədər problemləri var, qış fasiləsində bunun üzərində işləmək lazımdır. Komandada heç kimi fərqləndirmək istəmirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43