Dünya futbolu

Kontedən “İnter” açıqlaması

“Çelsi”nin baş məşqçisi Antonio Konte İtaliya “İnter”inə keçəcəyi barədə iddialara münasibət bildirib.

O, London klubundan ayrılmağı düşünmədiyini deyib:

“İngiltərədə karyeramı davam etdirmək istəyirəm. Burada böyük işlər görməyə çalışıram”.

Qeyd edək ki, A.Kontenin “İnter”in baş məşqçi vəzifəsinə əsas namizədlər biri olduğu iddia edilirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43