İdman

“Kopenhagen”in düşərgəsindən “Qarabağ”a şad xəbər

Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşacaq Danimarkanın "Kopenhagen" klubu bu matça ciddi itki ilə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, komandanın yarımmüdafiəçisi Yan Qrequs Ağdam klubu ilə ilk matçı buraxacaq. Buna səbəb futbolçunun 3-cü təsnifat mərhələsində "Vardar"la matçın 71-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulmasıdı.

Xatırladaq ki, 26 yaşlı yarımmüdafiəçi "Vardar"la cavab oyununun 2-ci dəqiqəsində hesabı açaraq, komandasının 4:1 hesablı qələbəsinin təməlini qoymuşdu.

Qeyd edək ki, ilk oyunda "Vardar"a 1:0 hesabı ilə məğlub olan "Kopenhagen" cavab matçında 4:1 hesabı ilə qalib gələrək pley-off mərhələsinə yüksəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43