İdman

“Qarabağ”ın rəqibi müəyyənləşdi (YENİLƏNİB)

Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb.

İdmanxeber.com-un məlumatına görə, turnirdə mübarizəni davam etdirən Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi bəlli olub. Bakı vaxtı ilə saat 14:00-da başlayan püşkatmada 20 komanda iştirak edib. Çempionlar yolunda mübarizə aparan Ağdam təmsilçisi səpələnməmişlər səbətində yer alıb.

Çempionlar Liqası, pley-off mərhələsi

“Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka)

Qeyd edək ki, bu mərhələnin oyunları avqustun 15-16-da, cavab görüşləri isə 22-23-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43