Dünya futbolu

Kosovonun baş məşqçisi yenə Azərbaycandan danışıb

Kosovo Farer Adalarını qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, Millətlər Liqasında Farer Adaları ilə qarşılaşacaq olan Kosovo yığmasının baş məşqçisi Bernard Şalland oyundan öncə mətbuata açıqlama verib. O, Azərbaycanla oyunda uduzmamağın vacib olduğunu bildirib:

“Hər kəs qrupun ən güclüsünün biz olduğunu deyir. Ancaq rəqiblərimiz arasında Azərbaycan və Farer Adaları da var. Azərbaycanla oyunda müdafiəyə daha çox fikir verdik. Uduzmamaq bizim üçün vacib idi. Mən əvvəlcə də bildirmişdim ki, Azərbaycan qrupun favoritidir. Ancaq indi deyirəm ki, Farer Adaları da qrupdan çıxa bilər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43