Dünya futbolu

Kosovonun hücumçusu: “Azərbaycanla oyuna istirahət üçün çıxmalıyıq”

Millətlər Liqasındakı rəqibimizlərindən olan Kosovo yığmasının hücümçusu Vedat Muriki yerli mətbuata açıqlama edib. “Rizespor”da forma geyinən futbolçu qarşıdakı Malta Və Azərbaycan oyunlarından danışıb:

“Bir neçə gündən sonra toplanış üçün yığışacayıq. Qarşıda iki çətin oyun var. Maltanı məğlub edib Azərbaycanla oyuna istirahət üçün çıxmalıyıq. Malta ilə görüşdə bir neçə qol vurmaq imkanım oldu. Ancaq mənim qol vurmağımından daha önəmli komandanın qalib gəlməsidir”.

Qeyd edək ki, noyabrın 17-də Maltanın qonağı olacaq Kosovo millisi ayın 20-də yığmamızı qəbul edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43