Kateqoriyasız

Kovaç: “Oyunda 8-9 qol imkanımız oldu”

“Avro2016” seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Xorvatiya ilə qarşılaşdı.

İdmanxeber.com-un məlumatına görə, “Bakcell Arena”da keçən oyunda qalib müəyyən olmadı.

Oyundan sonra keçirilən mətbuat konfransında Xorvatiya yığmasının çalışdırıcısı Niko Kovaç bunları deyib:

“Biz 90 dəqiqə çalışdıq ki, qol şanslarımızdan yararlanaq. Oyun boyu üstünlük mənim komandam tərəfində idi. Azərbaycan bu gün yaxşı oynadı. Hara gəldi topu vurub müdafiə olunmurdular. Bir neçə  futbolçumuz qol imkanlarından istifadə edə bilmədi. Azərbaycan düzgün müdafiə olundu. Bizim oyunda 8-9 qol imkanımız oldu, ancaq yararlana bilmədik. Azərbaycanın hazırda 5 xalı var. İnanmıram ki, Azərbaycan qrupdan çıxa bilsin. Fürsətdən istifadə edib Azərbaycan yığmasını təbeik edirəm”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43