İdman

Kral kubokunun püşkü atıldı: “Barselona”nın rəqibi bəlli oldu

Futbol üzrə İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin püşkü atılıb.

İdmanxeber.com-un məlumatına görə, püşkə əsasən, “Barselona” “Valensiya” ilə qarşılaşacaq. “Real Madrid”i mübarizədən kənarlaşdıran “Leqanes” isə “Sevilya”ya rəqib olub.

Qeyd edək ki, ilk oyunlar yanvarın 31-də, cavab matçları isə fevralın 7-də keçiriləcək. “Barselona” və “Leqanes” ilk görüşdə meydan sahibi olacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43