Ölkə futbolu

Kubok oyunlarının hakimləri açıqlandı

Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları üçün hakim təyinatları müəyyənləşib.

İdmanxeber.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, görüşləri aşağıda adları göstərilən referilər idarə edəcəklər.


6 dekabr (cümə axşamı)

13:30. “Ağsu” – “Sabah”
Hakimlər
: Kamal Umudlu, Akif Əmirəli, Müslüm Əliyev, İnqilab Məmmədov
Ağsu şəhər stadionu

13:30. “Kəpəz” – “Səbail”
Hakimlər:
 Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elxan Əsgərzadə, Rəşad Əhmədov
Gəncə şəhər stadionu

13:30. “Qaradağ Lökbatan” – “Sumqayıt”
Hakimlər
: Alik Yunusov, Mübariz Haşımov, Pərvin Talıbov, Vüqar Həsənli
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

17:00. “Şüvəlan” – “Keşlə”
Hakimlər:
 Orxan Məmmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Nicat İsmayıllı
“AZAL Arena”

Qeyd edək ki, bu mərhələnin “Qaradağ Lökbatan” – “Sumqayıt” və “Şüvəlan” – “Keşlə” görüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43