Dünya futbolu

“Kubok qazanmasam, özüm istefa verərəm”

“Çelsi”nin baş məşqçisi Joze Mourinyo karyerası ilə bağlı maraqlı açıqlamalar verib.

Britaniya mətbuatına danışan təcrübəli çalışdırıcı London klubunda kubok qazanmayacağı halda istefa verəcəyini bildirib: “Mən bir komandada kubok qazanmadan üç-dörd il qala biləcək bir insan deyiləm. Klubumun mənə “səndən razı deyilik, sagol” deməyinə ehtiyac yoxdur.  Kubok qazanmasam, özüm istefa verərəm. Ondan sonra isə başqa klubla çalışaram”.

Mourinyo bildirib ki, komandasının kuboklar qazanacağına inanır.
Təcrübəli mütəxəssis hazırda özünü Premyer Liqadan başqa, digər liqalarda görmədiyini vurğulayıb: “İlk vaxtlar məşqçi olarkən digər futbol ölkələrinə gedərək təcrübə yığmaq istəyirdim. Ancaq indi özümü İspaniya və İtaliyada görmürəm. Çünki “Çelsi”də olmaqdan məmnunam”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Ayaks” “Dinamo”nu məğlub edib (VİDEO)

admin

“El Klasiko”da qazanan bəlli olmadı – Video

admin

“Qalatasaray”ın məşqçisi Droqbanı yerə sərdi – VİDEO

admin