Kateqoriyasız

La liqa dayandırılsa avrokuboklara bu komandalar gedəcək

İspaniya La Liqası başa çatdırılmasa, avrokuboklara vəsiqə qazanacaq komandalar müəyyənləşdirilib.

Turnir cədvəlindəki mövqeyə əsasən, lider “Barselona”, “Real”, “Sevilya” və “Real Sosyedad” klubları Çempionlar Liqasına yollanacaq.

“Xetafe” və “Atletiko” (Madrid) isə Avropa Liqasında çıxış edəcək.

La Liqanın qalibi və aşağı liqaya düşəcək komandaları hansı üsulla müəyyənləşdiriləcəyi məlum deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43