Dünya futbolu

La Liqa klubu yeni baş məşqçisini açıqladı

İspaniyanın “Espanyol” klubunun yeni baş məşqçisi müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, bundan sonra Kataloniya klubunu Abelardo Fernandes çalışdıracaq. La Liqa təmsilçisində 49 yaşlı mütəxəssis istefaya göndərilən Pablo Maçini əvəzləyib.

Qeyd edək ki, “Espanyol” 18 turdan sonra 10 xalla La Liqada sonuncu pillədə qərarlaşır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43