Premyer Liqa

Lənkəranda iki qol, iki qırmızı vərəqə (YENİLƏNİB)

Bu gün Azərbaycan Premyer Liqasında III turun oyunlarına start veriləcək.

İdmanxeber.com-un məılumatına görə, ilk oyun günündə bir matç keçiriləcək.

Turun açılış matçında "Xəzər Lənkəran" "Rəvan"ı qonaq edəcək. İki oyunda 4 xal toplayan Lənkəran klubu bu matçda qalib gəlməklə çempionluq iddiasını ortaya qoymuş olacaq.  

Oyun saat 21:00-da başlayacaq.

Turun digər oyunları sabah və birigün keçiriləcək.

22 avqust (şənbə)

21:00.“Xəzər Lənkəran” – “Rəvan” 1:1

Qol: Ramazan Abbasov 54, Rahid Əmirquliyev, 85 (p)

Qırmızı vərəqələr: Elşən Rzazadə 47 (“Xəzər Lənkəran”), Skarlatake, 90+2


Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Akif Əmirəli, Nail Nağıyev

"Xəzər Lənkəran" mərkəzi stadionu

 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43