Dünya futbolu

“Lester”in baş məşqçisi qovuldu

İngiltərə Premyer Liqasının son çempionu “Lester” baş məşqçisi Klaudio Ranyeri ilə yollarını ayırıb.

İdmanxeber.com-un məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Buna səbəb komandanın cari mövsümdə uğursuz çıxış etməsidir.

Qeyd edək ki, 2015-ci ildən “Lester”ə başçılıq edən 65 yaşlı mütəxəssis ötən mövsüm kluba 133 illik tarixi ərzində ilk dəfə Premyer Liqa çempionluğunu qazandırmışdı.

Xatırladaq ki, komanda Premyer Liqada 25 turdan sonra 21 xal toplayıb və 17-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43