Kateqoriyasız

“Lex” “Qarabağ”la oyun öncəsi bu addımı atır

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”ın rəqibi “Lex” bu gün Polşa Super Kuboku matçına çıxacaq.

İdmanxeber.az xəbər verir ki, Poznan təmsilçisi “Rakuv”la qarşılaşacaq. Oyun saat 22:10-da başlayacaq.

“Lex”in baş məşqçisi Con van den Brom bu matçda heyətdə ciddi dəyişikliklər edəcəyini açıqlayıb. Buna səbəb polşalıların iyulun 12-də səfərdə “Qarabağ”la oyununun olmasıdır:

“Bizi “Qarabağ”la çətin oyun gözləyir. Şübhəsiz ki, asan olmayacaq. Gərgin döyüş olacaq. Bu oyuna hazırlığı təmin etmək üçün heyətdə dəyişikliklər edəcəm. Geniş heyətimiz var. Bizim işimiz komandanı oyunlara hazırlamaqdır”.

“Lex” ilk oyunda Polşada “Qarabağ”ı 1:0 hesabıyla məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43