Dünya futbolu

Litva klubu millimizin üzvünü transfer etdi

Dmitri Nağıyev yeni kluba keçib.

U 21 millimizin sabiq futbolçusu Dmitri Nağıyev Litvanın “Stumbras” klubu ilə müqavilə bağlayıb.

Qeyd edək ki, 2012-ci ildən “Dnepr”də (13 oyun, 1 qol) çıxış edən Dmitri Nağıyev ötən mövsümü Vyana “Qarabağ”ında (15 oyun, 1 qol) keçirib. Nağıyev yayda “Sumqayıt”la müqavilə imzalasa da, klubdan ayrılaraq, Portuqaliya Sequndasında çıxış edən “Kova-da-Piedadi”nin düşərgəsinə yollandı. Transferi baş tutmayan Nağıyev Litvaya üz tutmağa qərar verib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43