Ölkə futbolu

“Lokomotiv”in bombardiri Azərbaycanda çıxış edə bilər

Bolqarıstanın "Lokomotiv" klubunun futbolçusu Marksinyo Azərbaycanda çıxış edə bilər. İdmanxeber.com-un məlumatına görə, Sofiya klubunun kapitanı Polşadan gələn təklifdən imtina edib. Mövsüm sonunda klubunu dəyişmək istəyən məhsuldar futbolçu ölkəmizdə çıxış etməyə çox yaxındır. 32 yaşlı yarımmdüafiəçi ilə maraqlanan təmsilçimizin adı açıqlanmır.

Qeyd edək ki, Bolqarıstan yığmasında oynamaq üçün milliləşdirilən braziliyalı 2013-cü ilin əvvəlindən “Lokomotiv”də çıxış edir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43