Dünya futbolu

Luis Suares: “Əgər ilk hissədə 2 qol vura bilsək…”

“Barselona”nın hücumçusu Luis Suares PSJ ilə oyunda lazımi nəticəyə ümid etdiyini dilə gətirib.

İdmanxeber.com-un məlumatına görə, o, bu barədə açıqlamasında mərhələ keçəcəklərinə inandıqlarını bildirib:

“Özünə inanmayan futbol oynamasa yaxşıdır. Bizim isə inamımız böyükdür. Əgər ilk hissədə 2 qol vura bilsək, PSJ həyəcanlana bilər. Həqiqətən də, istənilən çətin vəziyyətdən çıxmaq gücünə malikik.

Tarixə düşmək istəyiriksə meydana çıxıb hər şeyi yoluna qoymalıyıq”, – deyə Suares qeyd edib.

Xatırladaq ki, bu günə qədər avrokuboklar tarixində 0:4 hesablı məğlubiyyətdən sonra heç bir komanda növbəti mərhələyə yüksəlməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43