Milli komanda

Luka Modriç: “Azərbaycanla oyun asan keçməyəcək”

Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç ölkəsinin mətbuatına açıqlamasında Bolqarıstana qalib gəldikləri oyundan (1:0) danışıb.

İdmanxeber.com-un məlumatına görə, futbolçu bu fikirləri söyləyib:

“Həqiqətən çox yorulmuşam. Ancaq bu qələbənin əhəmiyyəti böyük idi. Səfərdən qələbə ilə qayıtmaqla “Avro-2016″nın final mərhələsinə getmək yolunda önəmli addım atdıq. Qarşıda hələ çox oyun var. Seçmə mərhələnin bütün oyunlarında qələbə qazanmağa çalışacağıq. Çünki bizdən gözləntilər çoxdur. Biz Xorvatiya üçün mübarizə aparırıq. Lakin Azərbaycanla oyunda da qələbə qazanmalıyıq. Əks təqdirdə Sofiyada sanki heç nə etməmiş olacağıq. Lakin özümüzü aldatmayaq, Azərbaycanla oyun asan keçməyəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43