Dünya futbolu

Luka Modriç: “Favorit bizik”

Xorvatiyan millisinin üzvü Luka Modriç ölkə mətbuatına AÇ 2020 seçmə mərhələsindəki rəqibləri dəyərləndirib. Təcrübəli oyunçu dünya çempionu ola bilmədiklərini xatırladaraq bunları deyib:

“Təəssüf ki, dünya çempionu ola bilmədik. Ancaq indi qarşımızda Avropa çempionatı var. Bütün gücümüzü istifadə edib  bu barədə düşünməliyik. Qrupun favoriti bizik. Sensasiyaya imkan verməməliyik. Ümid edirəm ki, dünya çempionatındakı uğurlu çıxışı burada da davam etdirəcəyik”

Xorvatiya AÇ-2020-nin seçmə qrup mərhələsində ilk oyununu martın 21-də Zaqrebdə millimizə qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43