Kateqoriyasız

“Məqsədlərimiz var” – Zubir

“Bizim üçün çox vacib oyun oldu. Birinci hissədə əlimizə dîşən ilk imkandan istifadə etdik. Daha sonra da yaxşı imkanlarımız oldu. İkinci hissədə də açıq oyun getdi və çoxlu qol imkanlarımız oldu. Hesab bizim xeyrimizə olduğu üçün mübarizə aparmaq asan oldu”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Abdullah Zubir deyib.

O, “Ferentsvaroş”la cavab matçında qazandıqları qələbəni şərh edərkən bu qalibiyyətin çətin əldə oldunduğunu bildirib:

“Hesabı açdıqdan sonra bu bizə əlavə üstünluk verdi. Qələbə qazansaq da rəqibin yaxşı imkanları var idi. Şanslar 50/50 idi”.

Zubir Çempionlar Liqasının fərqli turnir olduğunu bildirib:

“Futbolçuların arzusu idi ki, belə bir turnirdə iştieaj etsin. Biz də bunu istəyirik. Məqsədimiz var və umid edirəm.ki, bunu reallaşdıracağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43