Kateqoriyasız

Madriddə “qol yağışı”: Millimizin futbolçusu “Real”a qarşı oynadı, Ronaldo şou göstərdi

İspaniya La Liqasında 29-cu turun oyunları keçirilir.

İdmanxeber.com-un məlumatına görə, millimizin futbolçusu Eddi İsrafilovun şərəfini qoruduğu “Qranada” “Santyaqu Bernabeu”da “Real”ın qonağı olub. Qarşılaşma Madrid klubunun böyükhesablı qələbəsi ilə yekunlaşıb – 9:1.

Millimizin futbolçusu “Real”a qarşı oyunda meydana çıxmaq şansı qazanıb. İsrafilov qarşılaşmanın 56-cı dəqiqəsində meydana çıxıb. O, oyuna daxil olarkən hesab 7:0 “kral klubu”nun xeyrinə olub. Futbolçumuz meydana girdikdən bir qədər sonra isə komandası hesab arasındakı fərqi azaldıb. Hətta bir epizodda İsrafilovun zərbəsini Kasilyas çətinliklə də olsa dəf edə bilib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43