Kateqoriyasız

Mahir Emrelinin son durumu müəyyənləşdi

Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, Premyer Liqanın son turunda “Sabah”la oyundan zədələnən “Qarabağ”ın hücumçusu Mahir Emreli millimizin qarşıdakı iki oyununda iştirak edə bilməyəcək. Əvəzində, “Neftçi”dən Namik Ələsgərov millinin heyətinə dəvət olunub.

Yığmamız oktyabrın 9-da Bəhreyn yığması ilə yoldaşlıq oyunu keçirəcək, oktyabrın 13-də isə Avro-2020-nin seçmə mərhələsində Macarıstanla qarşılaşacaq.
***
“Qarabağ”ın rəsmi saytı isə hücumçunun bu gün tibbi müayindən keçdiyini və onun ayaq barmaqlarında dartınma olduğunu açıqlayıb. Emrelinin təxminən iki həftə meydana çıxa bilməyəcəyi qeyd olunub. Bu isə o deməkdir ki, futbolçus oktyabrın 19-da Premyer Liqanın 8-ci turunda “Qəbələ” ilə səfər matçını buraxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43