Kateqoriyasız

Mahir “Legiya”nı məğlubiyyətdən xilas edə bilmədi

Polşa çempionatında 2-ci turun oyunları keçirilir.

İdmanxeber.az-in məlumatına görə, millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Legiya” da səfərdə “Radomiak Radom” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Mahir 57-ci dəqiqədə meydana çıxıb.

Qeyd edək ki, iki turdan sonra 3 xalı olan “Legiya” 18 komanda arasında 8-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43