Milli komanda

Mahir Mədətov: “Artıq Malta oyunu bərəsində düşünməliyik”

Millətlər Liqasında III turuna yekun vurulub.

UEFA Millətlər Liqasında Farer adalarına qalib gəldiyimiz oyunun ardından millimizin futbolçusu Mahir Mədətov oyun barəsində jurnalistlərə açıqlama verib:

“Oyunun bizim üçün nə qədər çətin keçdiyini özünüz də gördünüz. Meydanın süni olması oyunumuza çox təsir etdi. Amma bütün bunları əvvəlcədən bilirdik. Hər şeyə rəğmən qalib gəldiyimiz üçün çox xoşbəxtdik. Qarşıda bizi Malta ilə çətin oyun gözləyir. Artıq həmin oyun barəsində düşünməliyik. Çalışacayıq ki, həmin oyundan da qalib ayrılaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43