Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Legiya”nın növbəti oyunlarında iştirak edə biləcək.
İdmanxeber.az-ın məlumatına görə, üçüncü dəfə koronavirus testi neqativ çıxan 24 yaşlı futbolçu qarşıdakı oyunlarda Varşova təmsilçisinə yardım edə biləcək.
UEFA-nın qaydalarına əsasən ötən gün 3 test verən və ilk testi pozitiv, digər ikisi neqativ olan Mahirin Polşa çempionarında “Lex” və Avroliqada “Napoli” ilə matçlarda meydana çıxmasına heç bir maneə qalmır.