Kateqoriyasız

Mahir Polşa çempionatında ilk qolunu vurdu – Video

Polşa Ekstraklasasında 8-ci turun oyunları keçirilir.

Mahir Emrelinin komandası “Legiya” “Qurnik”i qəbul edib və qalib gəlib – 3:1. Mahir matçın 46-cı dəqiqəsində Tomaş Pekhartın əvəzinə meydan daxil olub.

O, 79-cu dəqiqədə komandasının 3-cü qolunu vurub. Bu, Emrelinin Polşa çempionatında ilk qoludur. 24 yaşlı hücumçu buna qədər Çempionlar Liqasında 2, Avropa Liqasında 3 və Polşa super kubokunda 1 qol vurmağı bacarsa da, çempionatda rəqib qapılarına yol tapa bilməmişdi.

“Legiya”  bu nəticədən sonra 9 xalla 12-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43