Dünya futbolu

Mahirli “Konyaspor”dan darmadağın

Türkiyə Super Liqasının 34-cü turuna start verilib.

İdmanxeber.az-ın məlumatına görə, Mahir Emrelinin çıxış etdiyi “Konyaspor” səfərdə “Alanyaspor”la üz-üzə gəlib. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə sona çatıb.

Emreli də matçın iştirakçısı olub. O, oyuna əsas heyətdə başlasa da, 64-cü dəqiqədə əvəzlənib.

Bu qələbənin ardından “Konyaspor” 49 xalla 6-cı pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43