Ölkə futbolu

Mahmud Qurbanov hansı kluba baş məşqçi gedir? – ÖZƏL

Futbolçu karyerasını bitirdikdən sonra məşqçi olaraq ilk və sonuncu iş yeri olan "Kəpəz"in sabiq çalışdırıcısı Mahmud Qurbanova yenidən yaşıl işıq yanıb.

İdmanxeber.com saytının etibarlı mənbədən əldə etdiyi məlumata görə, "professor" I Divizionda çalışa bilər. Belə ki, Aşağı dəstə təmsilçisi olan "Neftçala" hazırkı məşqçisi Bəhram Şahquliyeva qapını göstərə bilər. Əyalət təmsilçisinin rəhbərliyi Şahquliyeva qarşıdakı iki oyun üçün şans verib. Əgər Şahquliyev iki oyuna maksimum nəticə göstərə bilmərsə, çamadanını yığmaq məcburiyyətində qalacaq. Bununla da məşqçi postuna Mahmud Qurbanov gətiriləcək.

Qeyd edək ki, "Neftçala"nın bu tur rəqibi I Divizionun vahid lideri olan "Araz Naxçıvan"dı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43