Kateqoriyasız

Mahmud Qurbanov “Neftçi”dən ayrıldı

“Neftçi-2”nin baş məşqçisi Mahmud Qurbanovla may ayının 31-də başa çatacaq müqavilənin müddətinin uzadılmamasına qərar verilib.

İdmanxeber.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb.

Qeyri-rəsmi məlumata görə, 49 yaşlı M.Qurbanov “Səbail”in baş məşqçisi təyin ediləcək.

Qeyd edək ki, 2018-ci ildən “Neftçi-2”ni çalışdıran Mahmud Qurbanov 2020/21 mövsümündə əvəzedici komanda ilə I Divizionun qalibi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43