İdman

Mahmud Qurbanov, Rəşad Sadıqov və digər məşqçilərimiz İsveçrəyə yola düşür

Aprelin 3-dən 6-dək İsveçrənin Nyon şəhərində PRO kateqoriyası kurslarında təhsil alan məşqçilər üçün “UEFA Pro licence Student exchange” adlı seminar keçiriləcək.

Idmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı məlumata görə, UEFA-nın mənzil-qərargahında təşkil ediləcək seminarda Azərbaycan, Finlandiya, Serbiya və Ukraynadan olan məşqçilər iştirak edəcək. 

AFFA-nın texniki direktoru Bernhard Lippertin başçılıq edəcəyi nümayəndə heyəti hazırda PRO kurslarında təhsil alan adları aşağıda göstərilmiş məşqçilərdən ibarət olacaq:
 
Samir Abasov, Mayk Bennett, Elşad Əhmədov, Baba Əsgərov, Siyasət Əsgərov, Zaur Həşimov, Vüqar Məmməd, Ramin Quliyev, Mahmud Qurbanov, Elçin Rəhmanov, Rəşad Sadıqov.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43