Kateqoriyasız

“Makkabi” – “Neftçi” canlı yayımlanacaq

Konfrans Liqasının pley-off mərhələsinin cavab matçları çərçivəsində İsraildə keçiriləcək “Makkabi” – “Neftçi” oyunu ölkəmizdə canlı yayımlanacaq.

İdmanxeber.az-ın məlumatına görə, avqustun 26-da Hayfada baş tutacaq matçı “CBC Sport” kanalı canlı yayımlayacaq.

Qeyd edək ki, “Sammi Ofer” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43