Ölkə futbolu

Malta – Azərbaycan matçının hakim təyinatları

Qarşılaşmanı Monteneqrodan olan hakimlər briqadası idarə edəcək.

İdmanxeber.az-ın məlumatına görə, görüşün baş hakimi Nikola Dabanoviç olacaq. Ona yan xətdə Milutin Cukiç və Yovitsa Tatar kömək edəcək. Dördüncü hakim  Aleksandar Cikanoviçdir. 

Qeyd edək ki, sentyabrın 10-da Ta Qali Milli stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43