Dünya futbolu

Quardioladan telefon qadağası

Quardiola disiplini artırır.

“M.Siti” düşərgəsini hərbi hissə qədər nizam-intizamlı edən ispaniyalı mütəxəssis Pep Quardiola oyunçularına  daha bir qadağa gətirib. İngiltərə mətbuatının yaydığı xəbərə görə, təcrübəli baş məşqçi futbolçularına telefonla məşğul olmağı qadağan edib. O, yalnız  təyin edilmiş müəyyən vaxtlarda oyunçularının telefonla məşğul olmasına icazə verib. Xəbərdə əgər  oyunçulardan hansısa, bu qadağanı pozarsa ona pul cəzasının veriləcəyi bildirilib.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43