Dünyadan

“Mançester Yunayted” azarkeşlərini məyus edəcək açıqlama

Müqvailə ilə “Monako”ya məxsus olan, lakin icarə əsasında “Mançester Yunayted”də çıxış edən Radamel Falkao mövsümün sonunda “qırmızı şeytanlar”dan ayrılacaq.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Britaniya mətbuatına açıqlamasında kolumbiyalı ulduz futbolçu özü deyib. 

Mançester klubunda çox vaxt ehtiyatda qalan Falkao mövsümün sonunda oynaya biləcəyi kluba getmək haqda düşündüyünü bildirib:

“Mövsüm bitdikdən sonra yaxşıca fikirləşəcəm. Oynamaq istəyirəm. Hər bir baş məşqçi kimi  Van Qal da öz qərarını verir. Mən hər zaman peşəkarcasına çalışıram. Özümü burda rahat hiss edirəm. Sadəcə oynamağa ehtiyacım var”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43