Dünya futbolu

“Mançester Yunayted” De Xeanın yerinə onu transfer edir

“Mançester Yunayted” “Atletiko”nun qolkiperi Yan Oblakı transfer etmək istəyir.

“The Independent”in yaydığı məlumata görə, yayda De Xeanın “Real”a keçidindən sonra komanda Oblakı heyətinə qatacaq.

Məlumata görə, komandanın baş məşqçisi Joze Mourinyo De Xea ilə danışıqlar aparıb. O, qolkiperi “Mançester Yunayted”də saxlamaq niyyətindədir. Lakin istənilən halda “qırmızı şeytanlar” De Xeaya alternativ axtarır. Bu yerə də əsas namizəd Yan Oblakdır. Onun kompensasiya məbləği 100 milyon avro civarındadır.

Bundan əlavə, “Mançester Yunayted” “Atletiko”nun digər iki futbolçusu Joze Ximenes və Antuan Qrizmannı da transfer etmək istəyir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43