İdman

“Mançester Yunayted”də ciddi itki: Pol Poqba 1 ay olmayacaq

Çempionlar Liqasının A qrupunun oyunları çərçivəsində evdə “Bazel”lə qarşılaşan “Mançetser Yunayted”in əsas heyət üzvlərindən olan Pol Poqba zədə alıb.

İdmanxeber.com-un məlumatına görə, fransalı futbolçusunun 1 ay yaşıl meydanlardan kənar qalacağı dəqiqləşib. 

Bu isə o deməkdi ki, Poqba Premyer Liqada “Everton”, “Sauthempton”, “Kristal Palas”, Çempionlar Liqasında MOİK, Fransa millisində isə Bolqarıstan və Belarusla oyunları buraxacaq.

Qeyd edək ki, “Bazel”lə matçın 19-cu dəqiqəsində əzələsindən zədə alan futbolçu oyunu davam etdirə bilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43