Dünyadan

“Mançester Yunayted”dən növbəti transfer

“Sportinq” klubu Markos Roxonun karyerasını “Mançester Yunayted”də davam etdirəcəyini açıqlayıb. 24 yaşlı futbolçunun transferinin dəyəri 20 milyon avrodu.

Bundan əlavə, Portuqaliya klubu Naninin komandaya qayıtdığını elan edib. Təcrübəli yarımmüdafiəçi Lissabon klubunda 1 il icarə əsasında oynayacaq.

Roxo ötən mövsüm “Sportinq” forması ilə meydana çıxdığı 28 oyunda 6 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43