Dünyadan

“Mançester Yunayted”in hədəfində olan futbolçular

Premyer Liqada uğursuz nəticələri ilə azarkeşlərini üzən “Mançester Yunayted” 2016-2017 mövsümünə daha iddialı heyətlə başlamaq istəyir.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı şeytanlar” Portuqaliyanın “Sportinq” klubunun iki üzvü – Joao Mario ve Villiam Carvalyonu heyətinə qatmağı planlaşdırır. Hətta bunun üçün Mançester təmsilçisinin skautları Lissabon klubunun “Moreyrense” ilə oyununda sözügedən futbolçuları iş başında görüb.

İngiltərə nəhənginin yayda hər iki futbolçuya dəvət göndərəcəyi bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43