Ölkə futbolu

Marat İzmaylov: “Qəbələ”yə gəlişim oyun praktikası qazanmağa xidmət edir”

“Qəbələ”nin “Porto”dan icarəyə götürdüyü Marat İzmaylov Portuqaliya mətbuatına maraqlı açıqlamalar verib.

O, bunları deyib: “Porto” rəhbərliyinin mənə münasibəti heç vaxt indiki kimi olmayıb. Çoxları mənim düşdüyüm ağır vəziyyətə biganə qalanda, bu komanda yanımda idi və lazımi dəstək verirdi”.

“Hətta komanda üçün çox vacib olan vaxtlarda da onlara kömək edə bilmirdim. Onların belə dəstəyini gördükdə başa düşdüm ki, “Porto” rəhbərliyinə həmişə güvənə bilərəm. Bu üzdən də Portuqaliya təmsilçisini ailəmin bir parçası sayıram. Məqsədim yaxın müddətdə ailəm qayıtmaq və komandaya bütün turnirlərdə qələbə qazanmağa kömək etməkdir. Gedişim oyun praktikası qazanmağa xidmət edir və “Qəbələ”yə icarəyə verilməyim “Porto”ya qayıdışım üçün tapılan ən yaxşı variant idi. Lakin indidən geri qayıtmağım haqda danışmaq tezdir. Hələlik ən vacib olanı 90 dəqiqə eyni səviyyədə oynamaqdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43