İdman

Mario Götze millimizlə oyunda iştirak etməyəcək

Almaniya millisinin və Dortmund “Borussiya”nın üzvü Mario Götse bir müddət yaşıl meydanlardan kənarda qalacaq.

İdmanxeber.com-un məlumatına görə, müxtəlif zədələrə görə fevralın əvvəlindən şans qazanmayan Götsedə maddələr mübadiləsinin pozulduğu aşkarlanıb.

“Sarı-qaralar”ın idman direktoru Mixael Zork 24 yaşlı futbolçunun 6 həftə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.

Qeyd edək ki, Götse “Bavariya”dan doğma klubu “Borussiya”ya qayıtdıqdan sonra cəmi 11 oyunda şans qazanıb.

Xatırladaq ki, Azərbaycan – Almaniya oyunu martın 26-da, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43