Dünya futbolu

Marselo derbidə oynamayacaq

Zədəli olan Marselonun durumu bilinib.

İspaniya La liqasının 7-ci turunda “Atletiko” ilə qarşılaşacaq olan “Real”ın heyətində ciddi itki var. “Kral Klubu”nun brazilyalı müdafiəçisi Marselo zədə səbəbindən derbi matçda forma geyinə bilməyəcək. Onun zədəsinin ciddi olduğu və Çempionlar Liqasının növbəti turundakı ÇSKA ilə oynanacaq qarşılaşmanı da buraxacağı bildirilib.

Marselo ötən tur “Sevilya” ilə görüşdə zədələnmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43