İdman

Mbappe DÇ-də qazandığı bütün puldan imtina etdi

Fransa millisinin futbolçusu Kilian Mbappe DÇ-2018-də qazandığı bütün puldan imtina edib.

19 yaşlı hücumçu ona çatacaq 550 min avronu qəbul etməyib. Mbappe bu məbləğin əlilliyi olan uşaqların müalicəsi üçün xərclənəcəyini bildirib.

Fransa millisi ilə dünya çempionu olan Kilian, həmçinin mundialın ən yaxşı gənc futbolıçusu seçilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43