Kateqoriyasız

Medinanın son durumu bilindi – 2 aylıq sıradan çıxdı

“Qarabağ”ın zədəli futbolçusu Kevin Medinanın durumu ciddidi.

İdmanxeber.az-ın məlumatına görə, kolumbiyalı mudafiəçi bu gün təkrar MRT müayinəsindən keçib və məlum olub ki, o, əvvəlcədən gözlənildiyi kimi 1 ay yox, 2 ay komandaya kömək edə bilməyəcək.

Xatırladaq ki, Kevin Medina ÇL-in 2-ci təsnifat mərhələsində “Sürix”lə səfər matçında zədələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43