Dünya futbolu

Məhşur futbolçunun ayağı sındı – FOTO

Yoldaşlıq oyunu çərçivəsində Kolumbiya millisi ilə qolsuz heç-heçə edən Hollandiya yığması ciddi itki ilə üzləşib.

Komandanın aparıcı üzvü Rafael Van Der Vaart sıradan çıxıb. 

Belə ki, oyunun ilk hissəsində futbolçunun ayağı sınıb. Rəqib oyunçu Abel Aqulyarinin ona qarşı kobud oynamasından sonra ulduz futbolçunun sağ ayaq pəncəsi sınıb.

Onun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik məlum deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43