Ölkə futbolu

“Məni “Xəzər Lənkəran”da işləməyə qoymadılar”

“Neftçi”nin yeni baş məşqçisi Nazim Süleymanov bu gün mətbuat konfransı keçirilib.

İki illik müqaviləyə qol çəkən mütəxəssis təyinatı ilə bağlı bunları deyib: “Dünən “Neftçi” ilə müqavilə bağladım. Klubun prezidenti Sadıq Sadıqova dərin təşəkkürümü bildirirəm ki, seçimi mənim üzərimdə etdi. 3 il ardıcıl çempion olmuş və Avroliqada oynamış bir klubda işləmək böyük məsuliyyət tələb edir. Mən də çalışacam ki, məqsədlərimizə çatmaq üçün əlimizdən gələni edək.

Süleymanov bildirib ki, “Neftçi” ilə yanaşı, digər klublardan da təklif alıbmış: “Mən elə insan deyiləm ki, hər hansı bir məşqçinin dalınca danışım. Tək “Neftçi”dən yox, başqa klublardan da təklif almışdım. Ancaq Tərlan Əhmədov orda olduğu müddətdə bunu deməyim düz çıxmazdı. O vaxt məni “Xəzər Lənkəran”da işləməyə qoymadılar. Ona görə də istəmədim, Tərlana da belə münasibət göstərim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43